...

NATO Azərbaycanda birgə hərbi təlimlər keçirməyi planlaşdırır

Siyasət Materials 6 Aprel 2009 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 aprel / Trend , müxbir K.Zərbalıyeva /

NATO Azərbaycanda birgə hərbi təlimlər keçirməyi planlaşdırır. Bu barədə bazar ertəsi Trend -a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Aprelin 18-dən 26-na kimi keçiriləcək "Regional Cavab - 2009" Beynəlxalq hərbi təlimi Azərbaycanla NATO arasında hazırkı əməkdaşlığı tənzimləyən Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində planlaşdırılan tədbirlərə töhfə vermək məqsədi daşıyır.

Təlim çoxmillətli sülhməramlı əməliyyatlar ssenarisinə müvafiq olaraq bölmə və tağım səviyyəsində 3 gün qərargah və 5 gün səhra təlimi formatında keçiriləcək.

Təlim nəzarət-keçid məntəqələrinin yoxlanılması, yolların təhlükəsizliyi, məhdud sənədlərin, təhcizat və materialların hazırlanması, əlaqələndirilmənin təşkili, binanın mühasirəsi və axtarılması, döyüşə cəlb olunma qaydaları, müntəzəm və müfəssəl məruzələrin hazırlanması məsələlərini əhatə edəcək.

Mətbuat xidmətinin məlumatına görə, təlimə iştirakçı və müşahidəçi qismində ABŞ, Bolqarıstan, Gürcüstan, Estoniya, Latviya, Litva, Qazaxıstan, Polşa, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna silahli qüvvələrinin nümayəndələri dəvət olunublar.

Təlimdə Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin iştirakı nəzərdə tutulur.   

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti