...

"Vətən uğrunda analar" təşkilatı Gürcüstan polisi və əsgərlərindən aprelin 9-da keçiriləcək aksiyanı dağıtmamalarını xahiş edir

Siyasət Materials 6 Aprel 2009 20:40 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 06 aprel / Trend , müxbir N.Kirtsxaliya /

"Vətən uğrunda analar" qeyri hökumət təşkilatı Gürcüstan polisi və əsgərlərindən aprelin 9-da keçiriləcək aksiyanı dağıtmamalarını xahiş edir. Müraciət təşkilat üzvləri tərəfindən Müdafiə Nazirliyi qarşısında səsləndirilib.

Qadınlar hökuməti dinc əhaliyə qarşı polis və ordudan istifadə etməməyə çağırıblar. Onların sözlərinə əsasən, 7 noyabr hadisələrinin təkrarlanması yolverilməzdir.

"Vətən uğrunda analar" təşkilatı ötən həftə yaradılıb. Təşkilatda mədəniyyət və elm xadimləri, ictimaiyyət nümayəndələri və övladları polislər tərəfindən öldürülmüş analar birləşiblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti