...

Azərbaycan sərhədini pozan 17 əcnəbi vətəndaş saxlanılıb

Siyasət Materials 7 Aprel 2009 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın Dövlət Sərhəd Xidməti bir ayda sərhədi pozan 17 əcnəbi vətəndaşı saxlayıb, çərşənbə axşamı Trend -a xidmətin mətbuat mərkəzindən məlumat verilib.

Mart ayında dövlət sərhədini pozduqları üçün 26 halda 33 nəfər saxlanılıb.

Mətbuat xidmətinin məlumatına görə, tutulan sərhəd pozuçularının 16 nəfəri Azərbaycan, 7-si Gürcüstan, 6-sı İran, 2-si Pakistan, 2-si Moldova vətəndaşıdır.

Sərhədçilər hesabat dövründə axtarışda olan 83 nəfəri saxlayaraq hüquq-mühafizə orqanlarına təhvil veriblər.

Xəzər dənizində sahilboyu rejim qaydaları yoxlanılarkən Azərbaycana məxsus 11 gəmi və 15 qayıq, Rusiyaya məxsus 3 gəmi saxlanılaraq, baxış keçirilib. Sərhəd rejim qaydalarına riayət etməyən bir qayıqda 3 nəfər Azərbaycan vətəndaşı saxlanılaraq, barələrində müvafiq tədbirlər görülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti