...

NATO PA prezidenti Gürcüstanın parlament azlığı ilə görüşüb

Siyasət Materials 7 Aprel 2009 18:18 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 07 aprel / Trend , müxbir N.Kirtsxaliya /

NATO Parlament Assambleyasının prezidenti Con Taner Gürcüstanın parlament azlığının üzvləri ilə görüşüb.

Əsas müzakirə mövzusu ölkədəki siyasi durum olub. Gürcüstanın sabiq vitse-spikeri Levan Vepxvadzenin sözlərinə görə, Alyans nümayəndəsinin əsas tövsiyəsi, siyasi proseslərin düzgün aparılmasıdır.

"Proseslər konstitusion çərçivələrdən kənara çıxmamalıdır. Görüşdə qeyd olunub ki, demokratiya, problemlərin yalnız çoxluğun istəyi ilə yox, dialoq yolu həll olunmasıdır", - o deyib.

Taner NATO PA-nın prezidenti vəzifəsinə yaxınlarda seçilib və onun Gürcüstana gəlişi onun səfər proqramında birincilərdəndir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti