...

Rəsmi Ankara Azərbaycanın hüquqlarını təhlükə altına atacaq qərar verməyəcək - Türkiyənin hakim partiyasının deputatı

Siyasət Materials 8 Aprel 2009 15:17 (UTC +04:00)
Rəsmi Ankara Azərbaycanın hüquqlarını təhlükə altına atacaq qərar verməyəcək - Türkiyənin hakim partiyasının deputatı

Azərbaycan, Bakı, 08 aprel / Trend , müxbir R.Hafizoğlu /

Türkiynin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkili bildirib ki, rəsmi Ankara Azərbaycanın hüquqlarını təhlükə altına atacaq hər hansı qərar verməyəcək.

"Türkiyə Azərbaycan və Naxçıvanın hüquqlarını təhlükəyə atan hər hansı bir addım atmayacaq və belə bir addımın atılması mümkün deyil", - çərşənbə günü Trend -a Ankaradan telefonla Türkiyə Böyük Millət Məclisinin (TBMM) AKP-dən olan millət vəkili Sadullah Ergin bildirib.

Trend -un arayışı: Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Erginin sözlərinə görə, AKP bu vaxta qədər nə Azərbaycan, nə də Şimali Kipr məsələsində öz prinsipial mövqeyindən çəkinməyib və bundan sonra da hakim partiyanın belə bir addım atması, yəni öz ana prinsiplərindən əl çəkməsi mümkün deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti