...

Azərbaycan Prezidenti ölkə ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin müddətinin uzadılması barədə qərarın təsvir, spesifikasiya və nümunələrinin təsdiq edilməsi haqqında fərman imzalayıb

Siyasət Materials 8 Aprel 2009 20:55 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev ölkə ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın təsvir, spesifikasiya və nümunələrinin təsdiq edilməsi haqqinda fərman imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Fərman "Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə  imzalanıb.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.

Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti