Azərbaycan, Bakı, 13 aprel / Trend , müxbir K.Zərbalıyeva /
Azərbaycan polisi axtarışada olan iki nəfər şəxsi saxlayıb.
Bakı Şəhər baş Polis İdarəsinin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı və Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölmələrinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin soyğunçuluq (180) maddəsi ilə axtarışda olan Şəmsiyev Elnur İbad oğlu tutulub.
Yasamal RPİ-nin 28-ci polis bölməsinin əməkdaşları isə seksual xarakterli zorakılıq hərəkətləri (150) maddəsi ilə axtarışda olan İsgəndərov Rauf Hikmət oğlunu saxlayıb.
Hər iki fakt üzrə cinayət işinin istintaq hərəkətləri davam etdirilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]