...

İran Silahlı Qüvvələrinin Günü münasibətilə Tehran hava limanının işi müvəqqəti dayandırılacaq

Siyasət Materials 16 Aprel 2009 12:31 (UTC +04:00)

Aprelin 16-sı və 18-də İran Silahlı Qüvvələrinin Günü münasibətilə Tehran hava limanının işi 4 saat müddətinə dayandırılacaq. Bu barədə İRİNN xəbər kanalı məlumat yayıb.

"Tehran hava limanında aprelin 16-da səhər saat 9:00-dan 11:00-a kimi və aprelin 18-də səhər saat 8:00-dan 12:00-dək iş dayandırılacaq. Bu addım İran Silahlı Qüvvələrinin Günü münasibətilə təhlükəsizliyin təmin edilməsi məqsədilə atılıb", - deyə İranın Dövlət Hava Yolları Şirkətinin sözçüsü Rza Cəfərzadə bildirib.

Aprelin 18-də İranda Silahlı Qüvvələr Günüdür. Bu gün münasibətilə İranın sabiq Ali Dini Rəhbəri Ayətullah Xumeyninin məzarı önündə parad keçiriləcək.

Xəbər lenti

Xəbər lenti