...

"Türkiyə hava yolları" aviaşirkətinin təyyarəsi Londonda qəzalı eniş edib

Siyasət Materials 16 Aprel 2009 15:59 (UTC +04:00)
"Türkiyə hava yolları" aviaşirkətinin təyyarəsi Londonda qəzalı eniş edib

"Türkiyə hava yolları" aviaşirkətinə məxsus təyyarə cümə axşamı Böyük Britaniyada qəzalı eniş edib. Bu barədə Türkiyə KİV məlumat verib.

İnterfaks-ın verdiyi xəbərə görə, Nyu-Yorkdan (ABŞ) İstanbula (Türkiyə) uçan "Türkiyə hava yolları" aviaşirkətinə məxsus təyyarə texniki problemlər səbəbindən Londonda qəzalı eniş edib.

Eyrbas A-340 tipli təyyarədə 185 sərnişin və üç pilot da daxil olmaqla 15 ekipaj üzvü olub. Təyyarə Böyük Britaniyanın hava məkanında olarkən salonda təzyiq aşağı düşüb.

Xəbər lenti

Xəbər lenti