...

Şəkidəki 1 saylı orta məktəbə Bəxtiyar Vahabzadənin adı verilib

Siyasət Materials 16 Aprel 2009 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Şəki şəhərindəki 1 saylı orta məktəbə xalq şairi Bəxtiyar Vahabzadənin adı verilib. Bu barədə cümə axşamı NK-nin mətbuat xidmətindən Trend -a bildirilib.

Bu qərar "Bəxtiyar Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan Prezidentin 2009-cu il 19 fevral tarixli Sərəncamının 3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Şəki Şəhər İcra Hakimiyyətinin Təhsil Nazirliyi ilə razılaşdırılmış təklif əsasında qəbul olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti