...

Görüş açıq olarsa Gürcüstan müxalifəti prezidentlə görüşməyə hazırdır – partiya lideri

Siyasət Materials 16 Aprel 2009 18:30 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 aprel / Trend , müxbir N.Kirtsxaliya /

"Gürcüstan Yolu" partiyasının lideri Salome Zurabaşvilinin bəyanatına əsasən, müxalifət bir şərtlə Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə görüşməyə razıdır - sözügedən görüş açıq olmalıdır. Zurabaşviliyə görə, müxalifət yalnız Saakaşvilinin istefa məsələsi ilə bağlı hakimiyyət nümayəndələri ilə görüşə bilər.  

Zurabaşvili qeyd edib ki, müxalifətdə fərqli mövqelər yoxdur və bu tələb yekdilliklə qəbul edilib.

"Hakimiyyətin müxalifəti Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşdürmək ideyası baş tutmadı. Onlar düşünürdülər ki, məlum görüşdə müxalifət nümayəndələri fərqli mövqe nümayiş etdirəcək. Bizdə fərqli mövqe yoxdur", - Zurabaşvili deyib.
 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti