...

Azərbaycan və İran arasında gənclər siyasəti ilə bağlı ikitərəfli əməkdaşlığa dair Memorandum imzalanacaq

Siyasət Materials 20 Aprel 2009 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan və İran arasında gənclər siyasətinə dair ikitərəfli əməkdaşlıq məsələləri Tehranda müzakirə ediləcək.

Gənclər və idman naziri Azad Rəhimov "Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və İran İslam Respublikası Milli Gənclər Təşkilatı arasında əməkdaşlığa dair Memorandum" un imzalanması və iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədi ilə bu ölkəyə yola düşəcək. Bazar ertəsi Trend -a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

20-24 aprel tarixlərində baş tutacaq səfər zamanı Azad Rəhimov İİR Milli Gənclər Təşkilatının sədri Məhəmməd Cavad Hacı Əli Əkbəri, Bədən Tərbiyəsi Təşkilatının sədri cənab Əli Abadi və İsfahan Gənclər Təşkilatının sədri ilə görüşəcək.

Bununla yanaşı, Rəhimovun İİR Prezidenti Mahmud Əhmədinejad və İslam Şurası Məclisinin sədri Əli Laricani tərəfindən qəbulu nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti