...

ABŞ Prezidentinə sui-qəsd hazırlayan bir qrup silahlı Türkiyədə həbs edilib

Siyasət Materials 21 Aprel 2009 17:07 (UTC +04:00)
ABŞ Prezidentinə sui-qəsd hazırlayan bir qrup silahlı Türkiyədə həbs edilib

Türkiyənin xüsusi xidmət orqanları çərşənbə axşamı keçirilən geniş miqyaslı əməliyyat tədbirləri nəticəsində "Əl-Qaidə" terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 34 nəfəri, o cümlədən ABŞ Prezidenti Barak Obamaya aprelin əvvəlində Türkiyəyə səfəri zamanı sui-qəsd hazırlayan dəstə başçısını həbs edib. Məlumatı Türkiyə polisi yayıb.

Əbu Məhəmməd ləqəbli Mahmua Kaplan, Türkiyə xüsusi xidmət orqanlarının məlumatına görə, "İslam Cihadı İttifaqı"nın yerli özəyinin başçısıdır. Həbs olunanların əksəriyyəti sözügedən qrupun fəallarıdırş. RİA Novosti xəbər verir.

Antiterror əməliyyatları eyni zamanda Türkiyənin altı əyalətində həyata keçirilib: Qaziantep, Şanlıurfa, Kahramanmaraş, Konya, Adana və İstanbulda.

Əməliyyatın incəlikləri açıqlanmır. Eyni zamanda həbs edilənlərdən çoxlu sayda silah, sənəd və elektron daşıyıcılarda əldəqayırma qumbara hazırlamaq üçün təlimatların müsadirə edildiyi bildirilir. 

"Əl-Qaidə" silahlıları 2003-cü ilin noyabrında İstanbulda Böyük Britaniyanın Baş Konsulluğu, HSBC London bankının filialı və yəhudi Sinaqoqunun yaxınlığında birsıra terror aktları həyata keçiriblər. Hadisələr zamanı 61 insan ölüb, 600 nəfər yaralanıb. Terror aktlarının keçirilməsi əmrini beynəlxalq terror şəbəkəsinin rəhbəri Üsamə Bin Laden verib.

Xəbər lenti

Xəbər lenti