...

İran gəmisi Sinqapur sahillərində batıb

Siyasət Materials 23 Aprel 2009 16:37 (UTC +04:00)

Sinqapur limanı rəhbərliyinin bildirdiyinə görə, bu ölkənin sahillərində İran bayrağı altında üzən yük gəmisi gil ərazidə batıb. Gəmi batmazdan əvvəl digər bir yük gəmisi ilə toqquşub. Bu barədə İran televiziyası məlumat yayıb.

İran gəmisi Vyetnama qarğıdalı aparan zaman çərşənbə günü Malayziyanın yük gəmisi ilə toqquşub. Gəmi dənizdə batmasın deyə onu sahilə çəkiblər və gəmi gil ərazidə batıb. Hadisə nəticəsində ölən və yaralanan yoxdur. Gəminin yüksaxlama yerinə ziyan dəyib.

Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Xəbər lenti

Xəbər lenti