...

Azərbaycan Prezidenti İran Sərhəd Polisinin komandanını qəbul edib

Siyasət Materials 24 Aprel 2009 14:48 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cümə günü İran İslam Respublikası Sərhəd Polisinin komandanı general-mayor Qasım Rzayini qəbul edib, AzərTAc dövlət agentliyi məlumat yayıb.

Görüşdə Azərbaycana qonşu ölkələr olan İranın və Rusiyanın sərhəd xidməti rəhbərlərinin toplantılarının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulanıb. Birgə məsələlərin müzakirəsi və eləcə də ölkələrimiz arasında regional əməkdaşlığın genişləndirilməsi baxımından bu cür görüşlərin önəmi qeyd olunub və bu sahədə əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün belə görüşlərin mütəmadi keçirilməsinin zəruriliyi bildirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti