...

İrana qarşı yeni sanksiyalar tətbiq edilməyəcək – ekspertlər

Siyasət Materials 25 Aprel 2009 09:10 (UTC +04:00)
İrana qarşı yeni sanksiyalar tətbiq edilməyəcək – ekspertlər

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir D.İbrahimova /

Ağ Ev Tehrana qarşı yeni kurs tutduğundan ABŞ konqresinə təklif edilən İrana qarşı yeni sanksiyaların tətbiq olunması etimalı çox azdır.

"Hazırda Obama Administrasiyası İranla diplomatik əlaqələr qurmaq niyyətindədir", - İran mənşəli Amerika eksperti Məhəmməd Səhimi Trend -a bildirib.

Mark Kirk (respublikaçı - Kaliforniya) və Bred Şerman (demokrat - Kaliforniya) Tehranın nüvə proqramının inkişafının qarşısının alınmasına yönəlmiş İrana benzin təchizatının azaldılması barədə sənəd təqdim ediblər.

Avropa ölkələri və ABŞ İranın nüvə proqramının sülh xarakterli olduğuna şübhə edirlər və Tehranın nüvə silahı yaradacağından ehtiyat edirlər. Tehran öz növbəsində proqramın sülh xarakterli olduğunda təkid edir. Nüvə proqramının dayandırılması məqsədi ilə BMT Təhlükəsizlik Şurası İrana qarşı üç iqtisadi sanksiya tətbiq etsə də ortada heç bir nəticə yoxdur.

"İran öz benzininin çox hissəsini ixrac etməlidir ki, bu da Tehrana qarşı ən təsirli vasitə olar", - Şerman AFP agentliyinə deyib.

Ekspertlərin qiymətləndirmələrinə əsasən, İran daxili tələbatının 40 faizini ödəməkdən ötrü benzin idxal edir. İdxalın böyük hissəsini 5 Avropa firması və bir Hindistan şirkəti təmin edir.

"Gün ərzində İranda 72 milyon ton benzin istifadə edilir. Gündəlik tələbatı ödəməkdən ötrü əlavə 26 milyon ton benzinə ehtiyac var", - İran neft emalı müəssisəsinin direktoru Nurəddin Şahnazizadə deyib. İranın İSNA xəbər agentliyi məlumat verib.

Ekspertlər hesab edir ki, ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq edəcəyi dövr artıq bitdi. "ABŞ İranın nüvə proqramı ilə bağlı diplomatik uğurlara nail olmağa can atır", - Cənubi Kaliforniya Universitetinin professoru Səhimi hesab edir.

"ABŞ problemin diplomatik vasitələrlə həlinə çalışaraq nəticədə deyə bilər ki, biz münaqişəni sülhlə həll etməyə çalışsaq da İran danışıqlara hazır deyil", - ekspert hesab edir. Səhiminin fikrincə, bütün bunlar ABŞ-a imkan verəcək ki, dünya ictimaiyyətindən İrana qarşı daha sərt addımların atılmasını tələb etsin.

Ölkə daxilində hesab edirlər ki, İrana qarşı yeni sanksiyalar olmayacaq.

"Bu tip təkliflər dəfələrlə ABŞ Konqresində səsləndirilib", - İran Parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Ələddin Burucerdi Trend -a telefon bağlantısı zamanı deyib. Burucerdinin sözlərinə əsasən, yeni sanksiyaların qəbul edilməsi ABŞ-ın yeni kursuna ziddir.

ABŞ Prezidenti Barak Obama sələfi Corc Buşdan fərqli olaraq İrana qarşı bir qədər loyal mövqe nümayiş etdirir. Obama son 30 ildə ilk Amerika Prezidentidir ki, İranla şərt qoymadan danışıqların mümkünlüyü barədə fikir söyləyib.

Digər tərəfdən İrana qarşı sanksiyaların tətbiqi ABŞ-ın özünə sərf etmir. "Təchizatın qarşısını kəsməkdən ötrü ABŞ İranı cənubdan blokadaya almalıdır. Çünki benzinin böyük hissəsi bu istiqamətdən İrana daxil olur", - Londondan İran mənşəli İngiltərə eksperti Rza Tağızadə telefon vasitəsilə Trend -a deyib.

İran da öz növbəsində Hörmüz boğazını kəsə bilər ki, bununla əsas neft ixracatçılarının dənizə çıxışını əngəlləyər.

Sanksiyaların tətbiq edilməsi ehtimalının az olması qərarın BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilməsi ilə əlaqədardır. Tağızadənin fikrincə, BMT isə İranla danışıqlara olan ümidini itirməyib.

Ekspertlərin fikrincə, İrana qarşı sanksiyalar tətbiq edildiyi halda bu, nüvə proqramının genişləndirilməsinə həlledici təsir göstərməyəcək. "Sanksiyaların tətbiqedilmə ehtimalını nəzərə alaraq İran benzinin normallaşdırılması planını işləyib", - Səhimi qeyd edib. Onun sözlərinə görə, digər tərəfdən İran benzinin daxili istehsalını artırmaqdan ötrü emal gücünü artırır.

Şahnazizadənin sözlərinə əsasən, 2012-ci ildən sonra İranın benzin idxal etməyə ehtiyacı olmayacaq və İran özü dünya ölkələrinə benzin ixrac edəcək. "Əsas məsələ odur ki, İranın nüvə proqramı milli qürur məsələsidir", - Səhimi deyib.

Məqalənin yazılmasında T.Cəfərov iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti