İranda prezident seçkiləri ilə bağlı İslahatçılar düşərgəsi tərəfindən nəzarət komitəsinin yaradılması qeyri-qanuni deyil - ekspertlər

İranda prezident seçkiləri ilə bağlı İslahatçılar düşərgəsi tərəfindən nəzarət komitəsinin yaradılması qeyri-qanuni deyil - ekspertlər

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir T.Cəfərov /

İslahatçılar düşərgəsinin İranda keçiriləcək növbəti prezident seçkilərinə nəzarət üçün müştərək komitə yaratması, hakim partiyanın etirazına səbəb olsa da, qanuna zidd bir addım deyil.

İranda iyunun 12-də keçiriləcək prezident seçkilərinə İslahatçılar düşərgəsindən iki nümayəndə namizədliyini irəli sürüb. İslahatçılar düşərgəsindən olan namizədlər sabiq spiker Mehdi Kərrubi və sabiq Baş nazir Mirhüseyn Musəvi seçkilərə nəzarət üçün müştərək komitə yaratmağa razılıq veriblər. Hələlik hakim partiyadan (Mühafizəkarlar düşərgəsi) namizədliyini irəli sürən yoxdur, baxmayaraq ki, hazırkı prezident Mahmud Əhmədinejadın seçki kampaniyası fəaliyyətə başlayıb.

Kərrubinin rəhbərlik etdiyi "Milli Etimad" partiyasının mətbu orqanı olana eyni adlı qəzetin məlumatına əsasən, iki islahatçı namizəd prezident seçkisi zamanı səsvermədə saxtakarlığın qarşısınıı alınması və səslərin düzgün sayılmasına nəzarət edilməsi üçün müştərək komitə yaradıblar. Komitə aprelin 26-da rəsmən fəaliyyətə başlayıb.

İranın sabiq islahatçı prezidenti Məhəmməd Xatəminin müavini Məhəmmədəli Əbtəhi keçən ay Trend -a açıqlamasında seçkilərdə saxtakarlığa yol verilməsindən narahatlığını bildirmişdi. Bundan əvvəl İslahatçılar nəzarət komitəsinin yaradılmasının vacibliyini bildirsələr də, hakim partiyanın sərt etiraz reaksiyaları ilə rastlaşmışdılar.

İranın sabiq daxili işlər naziri Əliəkbər Möhtəşəmipur (Ali Akbar Mohtashamipour) Trend -a bidirib ki, hakim partiyanın etirazı əsassızdir və Konstitusiyaya əsasən, islahatçı qüvvələr seçkilərə nəzarət komitəsi yarada bilərlər.

İranda seçki qanununa əsasən, səsvermə məntəqələrində və səslərin sayılması prosesində seçkilərdə iştirak edəcək namizədlərin nümayəndələrinin olmasına icazə verilir.

2005-ci il prezident seçkilərində Əhmədinejadın qələbəsi digər namizədlərin etirazına səbəb olub. Daxili İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasının rəsmi açıqlamasına əsasən, Əhmədinejad 17 milyon səs toplamaqla qalib olub. Digər namizədlər Əli Əkbər Rəfsəncani (sabiq prezident) və Kərrubi seçkilərdə saxtakarlıq olduğunu bəyan etmişdilər.

"Milli Etimad" partiyasının mərkəzi heyətinin üzvü Əbulfəaz Şükuri (Shokouri) Trend -a bildirib ki, İran İslam Respublikasının Konstitusiyası ölkədə keçirilən seçkilərdə namizədliyini irəli sürmüş şəxlərin səsvermə məntəqələrində müşahidəçilərinin olmasına icazə verir. "Kərrubi və Musəvi bu qanunu rəhbər tutaraq istəyirlər ki, öz müşahidəçilərini birləşdirsinlər. Onlar komitəni bu məqsədlə təşkil ediblər ki, hər iki nümayəndənin müşahidəçiləri birgə iş aparsın", - deyə Şükuri çərşənbə axşamı Tehrandan telefonla bildirib.

Şukuri əlavə edib ki, əvvəlkindən fərqli olaraq, bu dəfə hakim partiya nəzarət komitəsinin yaradılmasına etiraz etməyib.

İslahatçıların nəzarət komitəsi yaratmasının növbəti prezident seçkilərinin sağlam keçirilməsinə zəmanət verəcəyi də şübhə altındadır.

İran Jurnalistlər Fondunun rəhbəri və siyasi hərəkat funksioneri Əli Məzruinin (Ali Mazrouee) fikrincə, namizədlərin nümayəndələrinin müşahidəçi kimi seçki prosesinə nəzarət etməsi seçkilərdə qanun pozuntularının qarşısını almayacaq.

Əbtəhinin fikrincə də, hakim partiyanın seçkilərin sağlam keçiriləcəyi ilə bağlı bir sıra vədlər verməsinə baxmayaraq, reallıqda vədlərə nə dərəcədə əməl olunacağına ümid azdır.

Məzrui hakim partiyanın bu dəfə nəzarət komitəsinə etiraz etməməsinin səbəbini belə izah edib ki, bundan öncəki yaradılması planlaşdırılan komitə ilə hazırkı komitə arasında fərq var: "Əvvəlki komitə İslahatçılar düşərgəsi tərəfindən seçkilərə nəzarət etmək məqsədilə yaradılırdı, lakin hazırkı komitə seçkilərdə iştirak etmək istəyən iki namizəd tərəfindən yaradılıb".

Şükuri isə hesab edir ki, hakim partiyanın bundan əvvəl komitənin yaradılmasına etiraz etməsinin səbəbi bu olub ki, onlar qanunu düzgün başa düşməyiblər. Onun sözlərinə görə, Mühafizəkarlar yalnız indi Konstitusiyanın tələblərini dərk edərək, namizədlərə belə komitənin yaradılmasına icazə veriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı:

[email protected]

“Karvan-L” tender elan edir
“Karvan-L” tender elan edir
“PAŞA Sığorta” şirkəti “Bakı Gəmiqayırma Zavodu” və “Mərkəzi Klinika” MMC-nin elan etdiyi tenderlərin qalibi olub
“PAŞA Sığorta” şirkəti “Bakı Gəmiqayırma Zavodu” və “Mərkəzi Klinika” MMC-nin elan etdiyi tenderlərin qalibi olub
Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
Loading Bars
Xəbər lenti
Türkiyədə son sutkada koronavirusdan 38 218 nəfər sağalıb
Dünyada ötən sutka koronavirusa 721 mindən çox yoluxma qeydə alınıb - ÜST
"Çelsi" futbol klubu Çempionlar Liqasının finalına yüksəlib
İmişlidə evdə yanğın olub
Mingəçevir Dövlət Universitetində "Heydər Əliyev: Vətənimiz Azərbaycana həsr olunmuş ömür" mövzusunda dəyirmi masa keçirilib (FOTO)
ATƏT-in Minsk Qrupu saxlanılan ermənilərin Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayıb
Ermənistanda Sergey Lavrovun səfərinə qarşı etiraz aksiyası keçirilib
Qəbələdə minik avtomobilləri toqquşub, ölən var
Kommunikasiya yollarının açılması Ermənistan üçün prioritet məsələ olmalıdır - Paşinyan
Qırğızıstanda ölkə hökuməti Nazirlər Kabineti ilə əvəz olunub
30 il ərzində heç bir müsbət irəliləyişə nail olmayan Minsk Qrupuna artıq gərək yoxdur - TƏHLİL
Milli Məclisin Sədri Sahibə Qafarova Gürcüstanın Baş naziri ilə görüşüb (FOTO)
Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb (FOTO)
Bu şəxslərə özünütəcrid müddəti başa çatandan sonra SMS gəlməyə bilər
Ombudsman Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair HESABAT hazırlayıb
Dünyada aviadaşımalara tələb 7 faizdən çox artıb
Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar - Əli Əsədov
Azərbaycanla üç ölkə arasında Birgə Komissiyaların tərkibi təsdiqlənib
“Startap üçün yeni imkanlar” mövzusunda məlumatlandırıcı vebinar keçiriləcək
Qrız, Şahdağ və Xınalıqda qar yağıb - FAKTİKİ HAVA
Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə görüşüb (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)
“Əsas Məsələ”də Ermənistandakı erkən seçkilərə hazırlıq və bu ölkədəki mövcud xaos müzakirə olunub (VİDEO)
Neft milyonçusu Murtuza Muxtarovun qətli ilə bağlı bədii-sənədli film hazırlanıb (FOTO/VİDEO)
Putinlə Ərdoğan Qarabağı müzakirə edib
Türkiyəyə dəstək: UNEC ailəsi hər zaman qardaş Türkiyənin yanındadır
Aylıq 38 AZN-dən başlayan ödəniş!
Bu il Azərbaycan azad edilmiş ərazilərin bərpasına 1,5 milyard dollar vəsait qoyacaq - Nazir
Bakıda MTK-nın məsul şəxsi 5000 manat cərimələndi (FOTO)
“Azpetrol” Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edir
Dünya Prokurorlarının 29-cu İllik Konfransı və Ümumi Yığıncağı Bakıda keçiriləcək (FOTO)
Gəncədə evləri su basdı, FHN əməkdaşları əraziyə cəlb edildi (VİDEO)
Bakıda istismara yararsız 108 bina var - RƏSMİ
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fikrət Qocanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
İranda koronavirusun bir neçə ştammı aşkarlanıb
ABŞ Azərbaycanın 3 ermənini azad etməsini alqışlayır
Azərbaycan xalçaçıları peşə bayramını qeyd edirlər (FOTO)
Bakı məktəbləri arasında yeni layihəyə start verilib
Azərbaycan üç ermənini azad etməklə növbəti dəfə humanistliyini göstərdi - Deputat
Psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün növbəti məşğələlər keçirilib (FOTO)
Ticarət obyektində aparılan qanunsuz tikinti dayandırılıb
Türkiyəyə müalicəyə göndərilən daha 2 qazimiz ölkəyə qayıtdı (FOTO)
Bakıda yük maşını yanıb
AQTİS və Argus-Fito sistemi arasında məlumat mübadiləsinin həyata keçirilməsi istiqamətində texniki işlər davam edir
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 074 nəfər COVID-19-dan sağalıb, 1 080 nəfər yoluxub
Azərbaycana külli miqdarda narkotik keçirmək istəyən şəxslər yaxalandı (FOTO)
Vətən müharibəsi qəhrəmanlarına güzəştlər edilir – Məcəlləyə dəyişiklik
Yerin ətrafında uçuşlar üçün bilet satışı başlayır
DİN yas mərasimində polisin zorakılıq etməsilə bağlı paylaşılan materiallara aydınlıq gətirib
Gürcüstanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
Fikrət Qoca dəfn edilib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycanda əlilliyə görə qruplar ləğv ediləcək - Agentlik
Əlillik dərəcəsinin ləğvi ilə bağlı Baş Prokurorluğa 266 müraciət olub
Gürcüstanın Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)
Vətən müharibəsinin 400-ə yaxın qazisinə əlillik verilib
Azərbaycanda 7 mindən artıq saxta əlillik dərəcəsi ləğv edilib
Qarabağda muzdlu kimi döyüşən Livan vətəndaşının istintaqı yekunlaşıb - DTX və Baş Prokurorluq (VİDEO)
Avropada İtaliya mafiyasına qarşı əməliyyat keçirilib
ƏDV faizlərini geri alanlar üçün daha bir qazanc fürsəti!
ADU-nun Konfutsi İnstitutu “Azərbaycan və Çin mədəniyyətində çiçək simvolikası" tədbiri keçirib
SOCAR Türkiyə-nin neft-kimya bölməsi təkrar emal həcmini 32% artırıb
Korrupsiyada günahlandırılan gömrük əməkdaşı barədə araşdırmaya başlanılıb
Azərbaycan Texniki Universiteti ilə Sumqayıt Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)
Millət vəkili Pərvin Kərimzadə şəhid ailələrini ziyarət edib (FOTO)
Azərbaycan və Gürcüstan bir-birinə çox bağlıdır - İrakli Qaribaşvili
“Azərbaycanda Rektorlar Konfransı” Erasmus+ layihəsinin təqdimatı keçirilib (FOTO)
TƏBİB 20-yə yaxın tibb işçisinin vəzifədən azad edilməsinə münasibət bildirdi
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı videoformatda növbəti vətəndaş qəbulu keçirib (FOTO)
İrakli Qaribaşvili Azərbaycan Prezidentini Gürcüstana dəvət edib
Prezident İlham Əliyev: Azərbaycan və Gürcüstan xalqları arasında münasibətlər uzun tarixə əsaslanır
Prezident İlham Əliyev: Azərbaycan Gürcüstan iqtisadiyyatında ən böyük investorlardan biri olmağa davam edir
Azərbaycanın Avroviziya təmsilçisinin geyim dizaynı məşhur modelyerə həvalə edilib
Uşaqlara siqaret satan mağaza cərimələndi
Pandemiya dövründə kütləvi iftar mərasimlərindən çəkinməliyik - Hacı Şahin Həsənli
G7 iclasında iştirak edən Hindistan nümayəndə heyəti karantinə alınıb
Avropa Parlamentinin terrorçuları “hərbi əsir” adlandırması ədalətsizliyin təzahürüdür – Deputat
Azərbaycanda "kölgə iqtisadiyyatı"na qarşı tədbirlər görülür (FOTO)
Bolqarıstan prezidenti parlamenti buraxacaq
"SOCAR Türkiyə"nin Əliağadakı üç müəssisəsi “Sıfır Tullantı Sertifikatı” alıb
Azərbaycanda erkən doğumlar azalır
Aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı üçün 14 milyon manat ödəniləcək - Nazir
Daha bir şəhidimizin nəşi tapılaraq ailəsinə təhvil verilib
Bakıda külək motosikleti aşırıb, sürücü xəsarət alıb (VİDEO)
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Sabah hava necə olacaq?
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
ABŞ-da təyyarə evin üstünə düşüb
Salyanda 15 min abonentin qaz təchizatı yaxşılaşdırılır (FOTO)
Əfqanıstan-Pakistan sərhədində hərbçilərə hücum olub - Ölən və yaralananlar var
Pambıq əkini üçün fermerlərə gübrələrin verilməsinə başlanılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Bakıda güclü külək TIR-ı aşırdı
Küləkli hava nə qədər davam edəcək? - AÇIQLAMA
Yeni mühəndis texnikası və avadanlıqlarının növbəti hissəsi Türkiyədən Azərbaycana gətirilib (FOTO/VİDEO)
"Space" kanalına yeni rəhbər təyin olunub
Bakıda Dünya Kuboku hər zaman gözəllik və zəriflik bayramıdır - Azərbaycanlı gimnast
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycana səfərə gəlib
“Rabitəbank”dan ödəniş kartlarının təhlükəsizliyi ilə bağlı maarifləndirici animasiya (VİDEO)
Azad olunan ərazilərdə heyvanlar quduzluğa qarşı peyvənd olunur (FOTO)
Qaribaşvilinin Azərbaycana səfəri ikitərəfli münasibətlərə yeni təkan verəcək - Səfir
Bütün xəbərlər