...

Gürcüstanın AŞ PA-dakı nümayəndə heyəti Qətnamədən razıdır

Siyasət Materials 29 Aprel 2009 17:42 (UTC +04:00)

Fransa, Strasburq, 29 aprel / Trend , müxbir A.Məhərrəmli /  

Gürcüstan tərəfi Qətnamədən razıdır. Bu fikirləri jurnalistlərə çərşənbə günü Gürcüstan Parlamentinin birinci müavini və AŞ PA-da Gürcüstan nümayəndə heyətinin üzvü Mixail Maçavariani bildirib.

O, qeyd edib ki, bu gün iki sənəd üzrə müzakirələr aparıldı. AŞ PA-nın qəbul etdiyi 1633 və 1647 saylı Qətnamələrində Rusiyanın öhdəliklərinə əməl etməməsi aydınlıqla qeyd olunur. Orada Rusiyanın üzərinə düşən öhdəliklərini yerinə yetirməsi üçün AŞ PA-nın artıq növbəti sessiyaya qədər hansı addımlar atacağı göstərilir.

"Bugünkü Qətnamələrin müzakirələrinə gəldikdə, Gürcüstan üçün ərazilərin işğal olunması, qaçqınların öz yurdlarına qayıtmalarına imkan yaradılması və orada gürcü məskənlərinin yerlə-yeksan edilməsi kimi vacib olan bütün komponentlər öz əksini tapıb. Biz bununla razıyıq və Gürcüstan nümayəndə heyəti Qətnaməni dəstəklədi. Müzakirələr isə birmənalı şəkildə onu göstərdi ki, AŞ-nin üzvü olan 46 ölkə birmənalı olaraq Gürcüstanın mövqeyini dəstəkləyir",- deyə o əlavə edib.

Trend -un arayışı: Bu gün AŞ PA-da Gürcüstan-Rusiya müharibəsinə dair 1647 və 1648 saylı Qətnamələr ətrafında müzakirələr aparılıb. Müzakirələrin sonunda iki Qətnamədən biri - müharibənin humanitar nəticələrinə dair niderlandlı deputat, AŞ PA Miqrasiya, Qaçqınlar və Əhali Komissiyasının sədri xanım Korin Yonker tərəfindən hazırlanan 1648 saylı Qətnamə AŞ PA tərəfindən qəbul edilib.

Məsələnin siyasi tərəflərini əks etdirən 1647 saylı Qətnamə isə qəbul edilmədi və AŞ PA bu məsələni oktyabr sessiyasına qədər təxirə salmaq qərarını verdi.

Belçikadan olan deputat Lük van der Brande də çıxışında məsələ ilə bağlı yenidən qurumun payız sessiyasında müzakirələrin aparılması və Qətnamənin qəbul edilməsi təklifi ilə çıxış edib.

Ötən ilin avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun 26-da Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb, sentyabrın 9-da isə onlarla diplomatik əlaqələr qurulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti