...

İranda prezident seçkiləri zamanı pozuntu olmayacaq – dini lider

Siyasət Materials 29 Aprel 2009 18:19 (UTC +04:00)
İranda prezident seçkiləri zamanı pozuntu olmayacaq – dini lider

"Qərb ölkələri xalqı prezident seçkiləri zamanı pozuntular olacağına inandırmağa çalışır ki, xalq seçkilərdə iştirak etməsin", - İranın dini lideri Əli Xamenei deyib. "Ancaq İran xalqı qərb ölkələrinin planını özünün seçkilərdə fəal iştirakı ilə pozacaq", - Ayətulla Xamenei bildirib.

"30 il ərzində Tehranda keçirilən bütün seçkilər pozuntular olmadan baş tutub", - bu gün Tehranda dini lider deyib. Mehr agentliyi xəbər verir. "Təəssüf ki, İranın daxilindəki bəzi vicdansız insanlar düşmənlərin sözlərini təkrarlayaraq iranlılara seçkilərdə fəal iştirak etməyə mane olmaq istəyirlər", - o deyib.

İran prezidenti postuna namizədlər - parlamentin sabiq spikeri Mehdi Kərrubi və sabiq baş nazir Mirhüseyn Musəvi seçkilər üzərində nəzarət üzrə birgə komitə yaratmaq haqqında razılığa gəliblər. Bu komitə səsvermənin gedişində saxtalaşdırmanın qarşısının alınması və səslərin düzgün sayılmasının təminatı üçün yaradılıb. Komitə aprelin 26-da rəsmən işinə başlayıb.

İslahatçılar düşərgəsi ötən ay bu komitənin yaradılmasını təklif edirdi, ancaq ölkədə seçkilərə nəzarət edən və namizədlərin xoşniyyətli olmasını təsdiqləyən İranın Qoruyucuları Şurası buna qarşı çıxıb. Şura komitənin yaradılmasının İran xalqının seçkilərin "şəffaflığı"na olan inamına mane olacağını əsas gətirib.

2005-ci il prezident seçkilərində Əhmədinejadın qələbəsi digər namizədlərin etirazına səbəb olub. DİN və MSK-nın rəsmi bəyanatına əsasən, Əhmədinejad 17 milyon səs qazanmaqla qələbə çalıb. Digər namizədlər - Əli Əkbər Rəfsəncani (sabiq prezident) və Kərrubi seçkilərin saxtalaşdırıldığını bildirib.

Xəbər lenti

Xəbər lenti