...

Gürcüstan XİN Bakıda baş vermiş hadisə ilə bağlı dərin təəssüfünü bildirir

Siyasət Materials 30 Aprel 2009 17:25 (UTC +04:00)
Gürcüstan XİN Bakıda baş vermiş hadisə ilə bağlı dərin təəssüfünü bildirir

Gürcüstan, Tbilisi, 30 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan XİN Bakıda aprelin 30-da baş vermiş faciəvi hadisə ilə bağlı dərin təəssüfünü bildirir.

Gürcüstan XİN-in bəyanatında deyilir ki, bu faciə nəticəsində 13 günahsız insan həlak olub, yaralılar var.

"Gürcüstan tərəfi cinayət faktını birmənalı şəkildə qınayır və təhqiqatın işin bütün səbəblərini ortaya çıxara biləcəyinə ümid edir", - Gürcüstan XİN-in bəyanatında bildirilir.

Gürcüstan XİN Azərbaycan xalqına və xüsusilə də hadisə zamanı həlak olanların yaxınlarına dərin hüzn və başsağlığını çatdırır. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti