...

İranlı fəhlələr etiraz yürüşü keçirib

Siyasət Materials 1 May 2009 17:22 (UTC +04:00)

Dünyanın bəzi ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəyliyi günü kimi qeyd olunan 1 may bayramı günü İranın Tehran şəhərində fəhlələr mitinq keçiriblər. Bu barədə İranın İLNA xəbər agentliyi məlumat yayıb.

Mitinqdə fəhlələr özləri ilə üzərində "İşlə bağlı qanunun dəyişiklik, zəhmətkeşlərin əziyyəti hədər gedir", "Beynəlxalq zəhmetkeşlər gününüz mübarək", "Biz acıq" və s. kimi şüarlar əks olunmuş lövhələr daşıyıblar.

Mitinq iştirakçıları həmçinin iş şəraitinin yaxşılaşdırılması, minimum əmək haqqının artırılması üçün tədbirlər görülməsini tələb ediblər.

İran Ali İş Şurası bir neçə ay əvvəl fəhlələrin minimum əmək haqqı məbləğini 264 min tümən (təxminən 264 dollar) həcmində müəyyənləşdirsə də, mitinq iştirakçıları bu məbləğin 800 min tümənə (təxminən 800 dollar) qaldırılmasını istəyirlər. İranda rəsmi işsizlik səviyyəsinin 12 faiz olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti