...

Iranda ötən il 19 min 435 nəfər HİV virusuna yoluğub -İranın səhiyyə nazirliyi

Siyasət Materials 3 May 2009 14:02 (UTC +04:00)

İranın Səhiyyə Nazirliyinin ölkənin müxtəlif tibbi xidmətlər göstərən müəssisələrindən topladığı məlumatlara görə, 2009-ci il mart ayının 21-nə qədər ölkədə 19 min 435 nəfər HİV virusuna yoluxmuş şəxs aşkarlanıb. Yoluxmuş səxslərdən 93,3 faizini kişilər, 6,7 faizini isə qadınlar təşkil edir.. Bu barədə İranın Fars xəbər agentliyi məlumat yayıb.

İran Səhiyyə Nazirliyinin HİV-lə Mübarizə İdarəsinin rəisi Abbas Sədaqət bildirib ki, İranda bu xəstəliyə yoluxmuş şəxslərin real sayı 70-100 min nəfər təşkil edir, lakin onların böyük hissəsi indiyədək müəyyən edilməyib.

HİV xəstəliyi İranda bir sıra mental və dini səbəblərdən gizli saxlanılır, eləcə də, insanlar bu xəstəliyin necə yayılması haqqında məlumatsız olduqlarından bu ölkədə HIV-ə yoluxanların sayı kəskin artıb.

Epidemiya tədqiqatçılarının məlumatına görə, HİV 1981-ci ildə aşkar olunub və indiyədək dünyada təxminən 65 milyon insan bu xəstəliyə yoluxub. Yoluxanların 25 milyon nəfərdən çoxunun artıq dünyasını dəyişdiyi bildirilir.

İranda həmin şəxslərin 77.5 faizi narkotik maddələri iynə vasitəsilə qəbul etmək, 13.1 faizi isə cinsi əlaqə yolu ilə bu virusa yoluxublar.

Xəbər lenti

Xəbər lenti