...

İran A/H1N1 virusuna qarşı dərman hazırlaya bilər

Siyasət Materials 4 May 2009 12:11 (UTC +04:00)
İran A/H1N1 virusuna qarşı dərman hazırlaya bilər

İran "donuz qripi"nə qarşı dünya standartlarına müvafiq dərman istehsal edə bilər.

İranın müəssisələri A/H1N1 virusuna qarşı beynəlxalq elmi müəssisələr tərəfindən təsdiq edilmiş preparatlar istehsal edə bilər. Bu barədə bazar ertəsi Mehr agentliyinə İranın səhiyyə nazirinin müalicə bölməsi üzrə müavininin müşaviri Həmidreza Rasix bildirib.

Rasixin sözlərinə görə, İran Yaxın Şərqdə yeganə ölkədir ki, kapsulalarda bu preparatı istehsal edə bilər. Nazir müavini bildirib ki, hazırda bu preparatın sirop şəklində hazırlanması üçün də tədqiqatlar aparılır.

Xəbər lenti

Xəbər lenti