...

ABŞ ikili siyasət yürüdərsə, İran sərt reaksiya göstərəcək – spiker

Siyasət Materials 4 May 2009 16:56 (UTC +04:00)
ABŞ ikili siyasət yürüdərsə, İran sərt reaksiya göstərəcək – spiker

İran Parlamentinin spikeri İrana qarşı "ikili siyasət yürütdüyü üçün" ABŞ-a xəbərdarlıq edib. "ABŞ İranı benzin sanksiyası ilə hədələyib və bunun cavabını gözləməlidir", - deyə İran Parlamentinin spikeri Əli Laricani bazar ertəsi keçirdiyi mətbuat konfransında jurnalistlərə bildirib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

Laricani bildirib ki, ABŞ Konqresinin İrana benzin idxalına qarşı sanksiya tətbiq etmək istəyi bundan öncəki ikili siyasətlərin davamıdır. "Amerikalıların bu kimi hərəkətləri bizim üçün yeni deyil, ABŞ diplomatiyasının əsas problemi ikili siyasət yürütməkdir, lakin bu cür hərəkətlər etimadsızlığa səbəb olur", -deyə Laricani bildirib.

ABŞ konqresmenləri Mark Kirk (respublikaçı - Kaliforniya) və Bred Şerman (demokrat - Kaliforniya) iki həftə öncə Tehranın nüvə proqramının inkişafının qarşısının alınmasına yönəlmiş, İrana benzin təchizatının azaldılması barədə ABŞ Konqresinə sənəd təqdim ediblər.

Avropa ölkələri və ABŞ İranın nüvə proqramının sülh xarakterli olduğuna şübhə edirlər və Tehranın nüvə silahı yaradacağından ehtiyat edirlər. Tehran öz növbəsində proqramın sülh xarakterli olduğunda təkid edir. Nüvə proqramının dayandırılması məqsədilə BMT Təhlükəsizlik Şurası İrana qarşı üç iqtisadi sanksiya tətbiq etsə də, heç bir nəticəsi olmayıb.

Xəbər lenti

Xəbər lenti