...

NATO-nun baş mülki zabiti üzv dövlətlərin qurumdan çıxa biləcəyini istisna etməyib

Siyasət Materials 5 May 2009 11:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 may / Trend , müxbir K.Zərbalıyeva /

Türkiyənin keçmiş xarici işlər naziri, NATO-nun Əfqanıstandakı baş mülki zabiti Hikmət Çətin hesab edir ki, NATO-nun Əfqanıstandakı əməliyyatları uğursuzluqla nəticələnərsə, üzv dövlətlərin bu quruma inamı azalar.

"Əfqanıstan NATO tarixində olan ən vacib əməliyyatlardan biridir. NATO Əfqanıstanda mütləq uğur əldə etməlidir. Əks təqdirdə, NATO-nun üzv dövlətləri qurumdan çıxa bilər", - çərşənbə axşamı Bakıda Azərbaycan və NATO tərəfdaşlığının 15 illiyinə həsr olunmuş "NATO-Azərbaycan: Keçmişi qiymətləndirərək gələcəyə baxış" konfransında Çətin bildirib.

Trend -un arayışı: NATO-nun sülhməramlı qoşunları 2001-ci ildən Əfqanıstandadır.

NATO - Azərbaycan münasibətləri 1992 - ci ildə Azərbaycanın Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulması ilə başlanıb. (1997- ci ildə AvroAtlantik Tərəfdaşlıq Şurası (AATŞ) adlandırılıb). Rəsmi əməkdaşlıq Azərbaycanın 1994 - cü ildə "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulmasından sonra başlayıb. İslahatların keçirilməsinə dəstəklə yanaşı, NATO - nun Azərbaycanla əməkdaşlığının mühüm məqsədlərindən biri ölkənin Silahlı Qüvvələrinin imkanlarını böhran reaksiyası əməliyyatları və sülhməramlı əməliyyatlar aparılan zaman NATO ölkələri qüvvələri ilə qarşılıqlı fəaliyyət səviyyəsinədək inkişaf etdirməkdən ibarətdir. Hazırda Azərbaycanın hərbi qüvvələri NATO-nun Əfqanıstandakı sülhməramlı əməliyyatlarının keçirilməsinə dəstək göstərir.

Çətinin fikrincə, NATO qlobal terrorçuluq qarşısında təslim olarsa, terrorun Madridə, Nyu-Yorka gəlməsinə imkan vermiş olar. "Bu NATO-nun özü üçün çox vacibdir. Regional konsepsiya olmadan NATO-nun uğur əldə etməsi çətin olacaq", - o deyib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti