Gürcüstan, Tbilisi, 07 may / Trend , müxbir, N.Kirtsxaliya /
Münaqişələrin aradan qaldırılması barədə Cenevrədə əldə edilmiş razılaşmaya əsasən, Gürcüstan-Rusiya münaqişəsi üzrə Sxenval zolağının Tirdznisi kəndində baş tutacaq görüş pozulub. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.
"Bu gün saat 11:00-da Cenenvrədə əldə olunmuş razılaşma əsasında Tirdznisi kəndində görüş keçirilməli idi. Aİ, ATƏT və Gürcüstan tərəfinin müşahidə missiyasının səylərinə baxmayaraq, görüş Rusiya və Osetiya tərəfindən pozulub", - nazirliyin rəsmi bəyanatında deyilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]