...

Azərbaycanda Qələbə bayramına edilən hörmət sivil dövlətin tarixi yaddaşının təzahürüdür - Rusiya səfiri

Siyasət Materials 9 May 2009 14:43 (UTC +04:00)
Azərbaycanda Qələbə bayramına edilən hörmət sivil dövlətin tarixi yaddaşının təzahürüdür - Rusiya səfiri

Azərbaycan, Bakı, 9 may / Trend müxbir D.İbrahimova/  

"Azərbaycanda Qələbə gününün qeyd olunması səviyyəsi sivil dövlətin tarixi yaddaşının təzahürüdür", - Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin, əsgərlərin qardaşlıq qəbrinə əklil qoyulması mərasimində deyib.

"Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri qismində ilk dəfə sizi Böyük Vətən Müharibəsindəki Qələbə Gününün ildönümü münasibətilə təbrik etmək mənim üçün böyük şərəfdir. 9 may həqiqətən də müqəddəs bayramdır. Onun əhəmiyyətini nə ötən illər, nə də faşizmə qalib gələn ölkənin ərazisində yaranan dövlət sərhədləri mane ola bilməz. Sizin hərbi şücaətiniz və əyilməz cəsarət ruhunuz, hazırda Böyük qələbənin meyvələri hesabına yaşayan insanların yaddaşında həmişəlik qalacaq", - səfir deyib.

Onun sözlərinə görə, müharibə nə qurbanlarını, nə də qəhrəmanlarını milliyyətlərə bölməyib. "Azərbaycanlıların faşizmin darmadağın edilməsinə verdiyi töhfə onların vətəndaş borcuna fədakar xidmətinin nümunəsidir. Azərbaycanda Qələbə gününün qeyd olunması səviyyəsi sivil dövlətin tarixi yaddaşının təzahürüdür", - Doroxin deyib.

"Xalqlarımızın həyat və ləyaqətini qorumuş qalib döyüşçülərə, arxa cəbhənin fədakar əməkdarlarına təzim və əbədi şöhrətimizi çatdırırıq. Sizə səmimi qəlbdən sağlamlıq, xoşbəxtlik və əmin-amanlıq arzulayıram", - səfir əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti