...

Gürcüstan XİN başçısı ATƏT-in qeyri-formal sammitində iştirak edəcək

Siyasət Materials 9 May 2009 15:08 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 9 may / Trend müxbir N.Kirtsxaliya/

Gürcüstanın Xarici İşlər Naziri Qriqol Vaşadze ATƏT-in qeyri-formal nazir sammitində iştirak edəcək.

Gürcüstan XİN xəbər verir ki, bu məsələ dünən nazir müavini Aleksandr Nalbandov və Yunanıstanın Gürcüstandakı səfiri Adam Adamidislə görüşündə də müzakirə edilib.

Yunanıstan nümayəndəsi gürcü tərəfinə Yunanıstanın XİN Dora Bakoyannisin Gürcüstan XİN Qriqol Vaşadzenin adına olan mayın 27-28-də ATƏT-in Korfudakı qeyri-formal nazir sammitində iştiraka dəvət məktubu təqdim edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti