...

İran Mərkəzi Bankının rəhbəri istefa verməsi barədə yayılan məlumatları təkzib edib

Siyasət Materials 13 May 2009 10:59 (UTC +04:00)

İran Mərkəzi Bankının rəhbəri Mahmud Bəhməni istefası barədə bəzi İran KİV-də yayılan məlumatları təkzib edib. Bu barədə İran televiziyasının rəsmi saytı (İRİB) xəbər verib.

"Heç vaxt istefa ərizəsi yazmamışam və tam ciddiyyətlə Mərkəzi Bankda öz işimi davam etdirirəm", - deyə Bəhməni bildirib.

Bəhməni istefası haqda yayılan məlumatları İranda iyunun 12-də keçiriləcək prezident seçkiləriqabağı ölkənin iqtisadiyyatına yönəlmiş təxribat kimi dəyərləndirib. "İran Mərkəzi Bankının bütün əməkdaşları ölkənin iqitsadiyyatının çiçəklənməsi üçün əlindən gələni əsirgəmirlər. KİV nümayəndələri məlumatları ötürməzdən əvvəl dəqiqləşdirsələr, bu kimi problemlər yaşanmaz", - deyə Bəhməni bildirib.

Mayın 12-də İranın İLNA xəbər agentliyi məlumat yayib ki, İran Mərkəzi Bankının rəhbəri Mahmud Bəhməni İranda pul və kredit şurası təşkil olunmadığı, ehtiyat fondundan külli miqdarda pul mənimsənildiyi üçün, eləcə də Nazirlər Kabinetinin bəzi üzvləri ilə aralarında fikir ayrılığı olduğu üçün istefa verib. 

Xəbər lenti

Xəbər lenti