...

Bankda insanları girov saxlayan soyğunçunu Türkiyə polisi zərərsizləşdirdi (ƏLAVƏ EDİLİB-4)

Siyasət Materials 13 May 2009 13:49 (UTC +04:00)

Egey dənizi sahilində yerləşən Quşadası kurort şəhərindəki bankda 10 nəfərdən artıq insanı girov saxlayan soyğunçunu Türkiyə polisi zərərsizləşdirdi. Bu barədə RİA Novosti yerli KİV-lərə istinadən xəbər verib.

Girovlarla bağlı olay yerli vaxtla saat 11:00-dan başlayaraq 6 saatdan çox davam edib.

NTV və CNN-Turk telekanallarının verdiyi məlumata əsasən, polis soyğunçunu təslim olmağa inandıra bilib. Keçirilmiş əməliyyatın təfərrüatları açıqlanmır.

Polis nümayəndələri hələ ki, rəsmi açıqlama verməyiblər.

Naməlum şəxs Quşadası şəhərində yerləşən banklardan birinə hücum edərək bank işçilərini girov götürmüşdü.

Məlumata əsasən, silahlı şəxs banka daxil olaraq atəş açmış və təxminən 10 nəfəri girov götürmüşdü. 

Xəbər lenti

Xəbər lenti