...

Azərbaycan Prezidenti İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibini qəbul edib

Siyasət Materials 18 May 2009 16:36 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibi Mixael Ambülü qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.  

İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibi Mixael Ambül Azərbaycan ilə İsveçrə arasında siyasi sahədə dialoqun və məsləhətləşmələrin aparılmasının əhəmiyyətini vurğulayıb.  Dövlətimizin başçısı iki ölkə arasında ikitərəfli münasibətlərin sürətlə və uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibi Ambülün Azərbaycana bu səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti