Azərbaycan, Bakı, 19 may / Trend , müxbir, K. Zərbalıyeva /
Azərbaycanın Sumqayıt şəhərində sement zavodundan 30 tona yaxın semen oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, mayın 15-nə keçən gecə Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Əmrah Mehdiyevə məxsus "KK" Sement Zavodundan 25-30 ton sement oğurlayan zavodun gözətçiləri Məhərrəm Orucov və İlqar Sadıqov tutulublar.
Faktla bağlı sumqayıt şəhər Polis İdarəsində cinayət işi açılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]