Qazaxıstan, Astana, / Trend , K. Arınova/
Qazaxıstanın nəqliyyat və kommunikasiya naziri Abelqaz.Kusainovun sərəncamına əsasən, nazirliyin Mülki Aviasiya Komitəsinin sədri vəzifəsinə Radilbek Okenoviç Adimolda təyin olunub. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Radilbek Adilmolda bu təyinatadək bu komitənin sədr müavini vəzifəsini icra edirdi. MAK-ın əvvəlki sədri Kubayev Muhit Mahatoviç öz istəyi ilə bu vəzifədən azad edilib.