...

Azərbaycan Parlamentinin qadın deputatları Türkiyənin Baş nazirinin onlara qarşı tənqidi çıxışlar etdiyinə inanmırlar

Siyasət Materials 22 May 2009 16:32 (UTC +04:00)
Azərbaycan Parlamentinin qadın deputatları Türkiyənin Baş nazirinin onlara qarşı tənqidi çıxışlar etdiyinə inanmırlar

Azərbaycan, Bakı, 22 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Parlamentinin qadın deputatları Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın onlara qarşı tənqidi çıxışlar etdiyinə inanmırlar.

"Biz Ərdoğan hökumətinin bu cür çıxışlarına inanmırıq və belə faktların mətbuatda yer almasını Türkiyə-Azərbaycan münasibətlərini pozmağa cəhd edən qüvvələrin əməli olduğunu güman edirik", - cümə günü jurnalistlərə millət vəkili Qənirə Paşayeva məlumat verib.

Trend -un arayışı: Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz edən azərbaycanlı qadın deputatları Qənirə Paşayeva, Jalə Abbasova, Gülər Əhmədova və Aynur Camalqızı aprel ayında Ankarada səfərdə olublar.

Türkiyə mətbuatının dünən yazdığına görə, Ərdoğan Azərbaycan Prezidentindən qadın deputatların dosyesini istəyib. Baş nazir onların Türkiyədəki çıxışlarından narazı qaldığını bildirib.

Ərdoğan ötən həftə Azərbaycana səfər edib. Azərbaycan Prezidenti ilə görüşdən sonra Türkiyənin Ermənistanla sərhədləri açmayacağını bir daha bəyan edib.

Paşayeva deyib ki, azərbaycanlı millət vəkilləri rəsmi Ankaradan açıqlanan məsələlərlə bağlı izahat gözləyirlər.

"Türkiyənin Azərbaycandakı səfirliyinə də məsələnin araşdırılmasının vacibliyini çatdırdıq. Səfirlikdən də Türkiyə mətbuatında gedənlərin düzgün olmadığını dedilər və məsələnin araşdırılaraq rəsmi izahat veriləcəyini bildiriblər", - Paşayeva əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti