...

Iranın Zahidan şəhərində partlayış törədən cinayətkarlar həbs olunub

Siyasət Materials 29 May 2009 10:30 (UTC +04:00)
Iranın Zahidan şəhərində partlayış törədən cinayətkarlar həbs olunub

"İranın Sistan və Bəluçustan əyalətində partlayış törətmiş cinayətkarlar həbs olunub", - deyə Sistan və Bəluçustan əyalətinin icra başçısı Əli Məhəmməd Azad cümə günü hadisə nəticəsində yaralananlarla görüşü zamanı bildirib. Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

"Təhlükəsizlik qüvvələrinin səyi nəticəsində "Əli ibn Əbitalib" məscidində partlayış törətmiş terrorist quruplaşmanın bəzi üzvləri həbs olunub", - deyə Azad bildirib.

Azad əlavə edib ki, həbs olunanlar hazırda Milli Təhlükəsizlik Nazirliyinin əyalət bölməsində dindirilirlər. "Lazimi araşdırmalar aparıldıqdan sonra terrorist quruplaşmanın üzvləri layiqli cəzalarını alacaqlar", - deyə Azad bildirib.

Mayın 28-də İranın Zahidan şəhərində "Əli ibn Əbitalib" məscidində partlayış törədilib. Hadisə nəticəsində 80 nəfər yaralanıb, 19 nəfər isə həlak olub.

Azad əlavə edib ki, hadisə zamanı valideynləri ilə məscidə gəlmiş 4 yaşlı üşaq da həlak olub.

Xəbər lenti

Xəbər lenti