...

Gürcüstan XİN Talyavini komissiyasına inanır

Siyasət Materials 1 İyun 2009 14:33 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 01 iyun / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan XİN-də əmindirlər ki, Xaydi Talyavininin komissiyası 2008-ci ilin avqust müharibəsi barədə obyektiv rəy verəcək. XİN-in Avropa işləri üzrə departamentinin direktoru Şota Qvineriyanın ənənəvi bazar ertəsi brifinqində bildirdiyinə görə, Talyavininin komissiyası artıq Suxumidə görüşlər keçirib və yaxın günlərdə Tbilisidə görüşlər keçirəcək.

"Daha təfərrüatlı şərhlər bu görüşlərdən sonra veriləcək", - Qvineriya bildirib.

Beynəlxalq komissiya 2008-ci ilin avqust müharibəsinin tədqiqi barədə öz rəyini  iyunun sonunda verəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti