...

NATO-nun himayəsi altında Gürcüstanda keçirilən hərbi təlimlər rəsmi olaraq bu gün başa çatır

Siyasət Materials 1 İyun 2009 15:25 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 01 iyun / Trend , müxbir N. Kirtsxaliya /

NATO-nun Gürcüstandakı çoxmillətli hərbi təlimləri bu gün başa çatır. Gürcüstan XİN-in nümayəndəsi Şota Qvineriyanın bugünkü mətbuat konfransında bildirdiyi kimi, ölkənin xarici siyasət idarəsi keçirilmiş təlimləri müsbət qiymətləndirir.

"Təlimlər yaxşı keçirilib. NATO-nun himayəlik etdiyi təlimlər rəsmi olaraq bugün başa çatır. Bununla əlaqədar olaraq saat 17:00-da Vaziani hərbi bazasında  rəsmi qəbul olacaq, bundan sonra isə təlimlərin başa çatması ilə əlaqədar mərasim keçiriləcək", - deyə Qvineriya bildirib.

14 ölkənin hərbi qulluqçularının iştirak etdiyi NATO-nun himayəsi altında keçirilən çoxmillətli təlimlər Rusiya tərəfinin qəti mövqeyinə baxmayaraq, mayın 6-da başlayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti