Ukraynanın Zaporojye əyalətindəki Melitopol şəhərində partlayış zamanı zərər çəkənlərin sayı 25 nəfərə çatıb
Zaporojye əyalətindəki Melitopol şəhərində çərşənbə axşamı baş verən bir neçə partlayış zamanı iyirmi beş nəfər xəsarət alıb. Bu barədə Ukrayna DİN-in ictimai əlaqələr mərkəzi məlumat verir, RİA Novosti xəbər verir.
Partlayış Melitopolun "Oşadbanka" şöbələrindən birində çərşənbə axşamı Moskva vaxtı ilə saat 11.30-da baş verib.
"Saat 13.00-a olan məlumata əsasən (Moskva vaxtı ilə 14.00) 25 nəfər xəsarət alıb, onların ikisi uşaqdır," - DİN-in məlumatında deyilir.
Hadisə yerinə vilayət polis idarəsi və prokurorluq rəhbərləri, həmçinin kriminal laboratoriya və istintaq əməliyyat qrupu baş çəkib.Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq