...

Qərbdə İslamın yanlış başa düşülməsinin qarşısını almaq vacibdir – ABŞ Prezidenti (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 4 İyun 2009 15:52 (UTC +04:00)
Qərbdə İslamın yanlış başa düşülməsinin qarşısını almaq vacibdir – ABŞ Prezidenti (ƏLAVƏ OLUNUB)

Qahirə Universitetindəki çıxışı zamanı ABŞ Prezidenti Barak Obama bildirib ki, o, bir ölkə başçısı kimi İslamın Qərbdə yanlış başa düşülməsinə qarşı mübarizə aparacaq. BBC telekanalı xəbər verir.

"Biz İslama mədəniyyətə, böyük sivilizasiyaya, musiqiyə, şairlərinə və mütəfəkkirlərinə görə borcluyuq. Biz İslama qara yaxan ekstremistlərə qarşı mübarizə aparacağıq", - Obama Qahirə Unuiversitetində çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Qahirədəki çıxışı ABŞ və müsəlmanlar arasında heç bir vaxt mübarizə olmadığını sübut edəcək, çünki Qərb və İslam sivilizasiyası ümumi, eyni dəyərlərdən çıxış edir.

"Biz müsəlmanlar və ABŞ arasında münaqişə yaradanlara qarşı mübarizə aparmalıyıq, - deyə Obama bildirib. -Bir çıxış əsrlər boyunca mövcud olan problemləri həll edə bilməz, lakin mən ümid edirəm ki, biz bu məsələnin həllinə açıq ürəklə və qarşılıqlı hörmətlə yanaşsaq, müsəlmanlar və ABŞ arasındakı inamı mütləq qazanacağıq."

Obama müqəddəs Qurandan  "Allaha inan və həmişə həqiqətləri danış" kəlamını söyləyərk bildirib ki, bu, müsəlmanlar və ABŞ arasındakı dialoqda çox vacibdir.

"Müsəlmanlar ABŞ-ın imperiya olması barədə stereotipi qırmalıdır, çünki Amerika imperiyaya qarşı mübarizədə yaranıb. İslamın ABŞ-ın yaranmasında və demokratik ölkəyə çevrilməsində böyük rolu olub".

Xəbər lenti

Xəbər lenti