...

İranın Ali Audit Məhkəməsi İran prezidentinin "1 milyard dollar"la bağlı iddiasının doğru olmadığını bildirilib

Siyasət Materials 11 İyun 2009 14:43 (UTC +04:00)
İranın Ali Audit Məhkəməsi İran prezidentinin "1 milyard dollar"la bağlı  iddiasının doğru olmadığını bildirilib

İranın Ali Audit Məhkəməsi bu ölkənin Dövlət Televiziyasının üçüncü kanalına məktub ünvanlayıb. Prezidentliyə namizəd Mahmud Əhmədinejad iyunun 10-da axşam saat 22:45-də həmin kanal vasitəsi ilə yayımlanan verilişdə 2006-cı ildə neft gəlirlərindən 1 milyard dollar həcmində vəsaitin naməlum yerə xərclənməsi barədə qaldırılan məsələnin həll olunduğunu və şübhələrin aradan qaldırıldığını bildirmişdi. Ali Audit Məhkəməsinin məktubunda Əhmədinejadın iddiasının doğru olmadığı bildirilir. Bu barədə MEHR xəbər agentliyi iyunun 11-də məlumat yayıb.

Bir neçə ay öncə İran parlamentinin Hesabat Tribunalı 1 milyard dollarlıq neft gəlirinin yoxa çıxması, pulun dövlət xəzinəsinə köçürülməməsi barədə hesabat yaymışdı. Həmin məsələ hökumətə qarşı tənqidlərin şiddətlənməsinə səbəb olmuş, müxaliflər prezidenti cavabdeh sayaraq məsələyə aydınlıq gətirilməsini tələb etmişdilər.

"Nəzərinizə çatdırılır ki, prezidentliyə namizəd Mahmud Əhmədinejad iyunun 10-da axşam saat 22:45-də həmin kanal vasitəsi ilə yayımlanan verilişdə çıxışı zamanı bildirib ki, 2006-cı il dövlət büdcəsindən "itmiş" 1 milyard dollarla bağlı məsələ qapanıb. Ali Audit Məhkəməsi bunu təkzib edir və bildirmək istəyir ki, hazırda həmin iş Ali Audit Məhkəməsinin İqtisad Məhkəməsində baxılmaqdadır. İş baxılması üçün Ali Məhkəməyə göndəriləcək", - İranın Ali Audit Məhkəməsi mətbuat xidmətinin məktubunda bildirilir.

Xəbər lenti

Xəbər lenti