...

Obama administrasiyası Gürcüstanın və Ukraynanın NATO-ya üzv olmaq barədə səylərini qətiyyətlə dəstəkləyir - ABŞ-ın Dövlət katibinin köməkçisi

Siyasət Materials 17 İyun 2009 13:54 (UTC +04:00)
Obama administrasiyası Gürcüstanın və Ukraynanın NATO-ya üzv olmaq barədə səylərini qətiyyətlə dəstəkləyir - ABŞ-ın Dövlət katibinin köməkçisi

Obama administrasiyası "Ukrayna və Gürcüstanın NATO-ya üzv olmaq barədə səylərini qətiyyətlə dəstəkləyir". Bu barədə çərşənbə axşamı ABŞ-ın Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon bəyan edib. O, eyni zamanda ABŞ-ın nümayəndələr palatasının dinləmələrində çıxış edərək bildirib ki, Şimali Atlantika Alyansına daxil olmaq üçün Gürcüstan və Ukrayna onun standartlarına uyğunlaşmaq məqsədilə "geniş islahatlar həyata keçirməlidirlər". Vaşinqton Tbilisi və Kiyev ilə onları "bu kimi səylərə yönləndirməyə kömək etmək məqsədilə" çalışır, deyə ABŞ-ın xarici siyasət idarəsinin əməkdaşı bildirib, İTAR-TASS xəbər verir.

Onun sözlərinə əsasən, ABŞ Ukraynanı "çiçəklənən, demokratik və müstəqil" görmək istəyir, eyni zamanda Gürcüstanın "ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir". ABŞ "Gürcüstanın separatist regionları - Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqdan imtina edərək beynəlxalq cəmiyyət ilə həmrəyliyini qoruyacaq", - deyə Qordon bildirib.

O bildirib ki, növbəti bazarertəsi ABŞ-ın dövlət katibi Hillari Klinton və Gürcüstanın Xarici İşlər naziri Qriqol Vaşadze  ikitərəfli strateji partnyorluq Şurasının ilk iclasını keçirəcək. O, cari ilin yanvar ayında imzalanmış strateji partnyorluq haqqında ikitərəfli Xartiyanın nizamnamələrinə uyğun olaraq  yaradılır, deyə Qordon qeyd edib. ABŞ-ın Dövlət Departamentindən İTAR-TASS müxbirinə verilmiş məlumata əsasən, Şuranın iclası Vaşinqtonda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti