...

İran xalqı hakimiyyətə tamamilə inanır – Ali lider

Siyasət Materials 19 İyun 2009 15:20 (UTC +04:00)
İran xalqı hakimiyyətə tamamilə inanır – Ali lider

Əhalinin 85 faizinin prezident seçkilərində iştirakı göstərdi ki, xalq İran İslam Respublikası hakimiyyətinə tamamilə inanır. Bu barədə İranın Ali lideri Ayətulla Əli Xamanei cümə namazında, IRINN telekanalında birbaşa efirdə yayımlanan çıxışı zamanı bildirib. 

"Qərb KİV-ləri seçkilərin saxtalaşdırılması barədə məlumatlar yayırlar. Lakin prezidentliyə namizədlər arasında demokratik və müstəqil rəqabət mövcu idi. Prezident postuna namizəd dörd nəfərin hər biri İslam İnqilabının fəal üzvüdür, onların arasında inqilaba düşmən olanı yoxdur. Seçicilərin seçkilərdə iştirakı onun azad şəkildə keçirilməsini sübut edir. Xalq səsini müxtəlif namizədlərə verə bilər, lakin hər şeydən öncə onlar İslam İnqilabına səs veriblər", - Xamanei deyib.

Ali lider həmçinin bildirib ki, qarşıdurma inqilabın tərəfdarları və əleyhdarları arasında baş verməyib.

İyunun 12-də DİN-in təşkilatçılığı və İranın Nəzarət Şurasının nəzarəti altında keçirilən prezident seçkilərində Mahmud Əhmədinejad seçicilərin 63,6 faiz səsini toplayaraq qalib olub. Digər üç namizəd bəyan edib ki, seçkilər çox sayda saxtalaşdırma halları ilə müşayiət olunub.

Xəbər lenti

Xəbər lenti