...

Azərbaycanda cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

Siyasət Materials 22 İyun 2009 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanda cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bazar ertəsi Trend -a bildiriblər ki, 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Elşad Adil oğlu İsmayılovun yanına qısamüddətli görüşə gəlmiş xalası qızı 1966-cı il təvəllüdlü Bakı sakini Sevinc Bağır qızı Bağırovanın üzərinə baxış keçirilərkən ondan xalis çəkisi 9,833 qram narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti