...

İsrail Prezidentinin Azərbaycana səfəri sülhməramlıdır – Dağ Yəhudiləri Cəmiyyətinin rəhbəri

Siyasət Materials 23 İyun 2009 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir C.Babayeva /

İsrail Prezidentinin Azərbaycana səfəri sülhməramlıdır, çərşənbə axşamı "Milli təhlükəsizlik və vicdan azadlığı" mövzusunda keçirilən konfrans zamanı Dağ Yəhudiləri Cəmiyyətinin rəhbəri Semen İxiilov bildirib.

"Peres Nobel sülh mükafatının laureatıdır və Azərbaycana yardım etmək üçün gələcək. O heç zaman Azərbaycanın düşməni və ya Ermənistanın dostu olmayıb. 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəni dünyaya çatdıran ilk ölkələrdən biri İsrail olub", - İxiilov bildirib.

İsrailin Prezidenti Şimon Peres iyunun 28-də Azərbaycana səfər edəcək.

"Bir neçə dəfə İsrail Knessetində (parlament) "erməni soyqırımı" məsələsinin müzakirəyə təqdim edilməsinə cəhdlər edilib", - o deyib. "İsrail heç bir zaman "erməni soyqırımını" tanımayacaq", - İxiilov bildirib.

O təəssüflə bildirib ki, Azərbaycanın bəzi ziyalıları İsraili Azərbaycanın düşməni hesab edirlər. "Bu həqiqət deyil və bu fikir ziyalı insanlara məxsus deyil", - İxiilov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti