...

İranda seçki məntəqələrinin 10 faizində səslərin yenidən hesablanması televiziya ilə yayımlanacaq - Keşikçilər Şurasının sözçüsü

Siyasət Materials 29 İyun 2009 15:24 (UTC +04:00)
İranda seçki məntəqələrinin 10 faizində səslərin yenidən hesablanması televiziya ilə yayımlanacaq - Keşikçilər Şurasının sözçüsü

İranın Keşikçilər Şurasının sözçüsü Abbasəli Kətxudayi bildirib ki, bu gün səhər Xüsusi Araşdırma Qurupu ilə prezidentliyə keçmiş namizəd Mir Hüseyn Musəvinin nümayəndələrinin görüşü nəticəsiz başa çatıb. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

"Qərara alınıb ki, səsvermə məntəqələrinin 10 faizində səslərin yenidən hesablanması İran televiziyasının kameraları qarşısında həyata keçirilsin", - deyə Kətxudayi bildirib.

O əlavə edib ki, Keşikçilər Şurası Musəvinin tələblərini təmin etmək üçün çalışsa da, təssüflər olsun ki, müsbət nəticə əldə olunmayıb.

Trend -un arayışı: Bu gün səhər İranın Keşikçilər Şurasının Xüsusi Araşdırma Qurupu ilə prezidentliyə keçmiş namizəd Mir Hüseyn Musəvinin nümayəndələri görüşüblər. "Musəvi səsvermənin nəticələrinin yenidən hesablanması üçün yeni təkliflər irəli sürüb və Keşikçilər Şurası təklifləri araşdırır",-deyə Kətxudayi bildirib. Prezidentliyə keçmiş namizəd Mir Hüseyn Musəvi iyunun 12-də keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz edib. Musəvi səslərin yenidən hesablanmasının həll yolu olmadığını bildirib və əhalinin inamını qazanmaq üçün yenidən prezident seçkilərinin keçirilməsini istəyib. Musəvi iyunun 27-də Keşikçilər Şurasına məktub yazaraq Şura tərəfindən yaradılmış Xüsusi Araşdırma Qurupunu tanımadığını bildirmiş və müstəqil hakimlərdən ibarət qrupun yaradılmasını istəmişdi.

İranın Keşikçilər Şurasının mətbuat katibi Kətxudayi cümə günü bildirib ki, prezident seçkilərinin nəticələrinə etiraz etmiş namizədlərin etimadını qazanmaq məqsədi ilə Şura tərəfindən Xüsusi Araşdırma Qrupu təşkil edilib. "Qrup seçkilərin keçirilməsi prosesini, səslərin 10 faizinin yenidən hesablanmasını və seçkilərin nəticələrinə olan etirazları araşdıracaq", - Kətxudayi deyib.

Musəvi seçkilərdə qanun pozuntularının həddən artıq çox olduğunu və məsələnin həlli üçün seçkilərin nəticələrinin ləğv olunması və yenidən prezident seçkiləri keçirilməsindən başqa yol olmadığını bildirib.

Xəbər lenti

Xəbər lenti