...

Yeni qaz müqaviləsi Azərbaycan və Rusiyanın maraqlarına tam şəkildə cavab verəcək – Prezident İlham Əliyev

Siyasət Materials 30 İyun 2009 11:01 (UTC +04:00)
Yeni qaz müqaviləsi Azərbaycan və Rusiyanın maraqlarına tam şəkildə cavab verəcək – Prezident İlham Əliyev

Bu gün "Qazprom" və ARDNŞ arasında imzalanan yeni qaz müqaviləsi Azərbaycan və Rusiyanın maraqlarına tam şəkildə cavab verəcək, deyə Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Bakıda RF Prezidenti Dmitri Medvedyevlə birgə keçirilən mətbuat konfransında bəyan edib. Bu barədə dövlət telekanalı AzTV xəbər verib.

"Bu gün biz qaz sahəsində səmərəli əməkdaşlığın əsaslarını qoymuşuq. "Qazprom" və ARDNŞ arasında imzalanan müqavilə münasibətlərimizdə yeni səhifə açır. Düşünürəm ki, bu əməkdaşlıq uğurlu və hər iki tərəf üçün səmərəli olacaq. Bu əməkdaşlıq Azərbaycan və Rusiyanın maraqlarına tam şəkildə cavab verəcək", - deyə İlham Əliyev bəyan edib.

İlham Əliyev hesab edir ki, Azərbaycan və Rusiya arasında qarşılıqlı siyasi əlaqə və ikitərəfli münasibətlər dinamizmin böyük dərəcəsi ilə xarakterizə olunur.

"Prezidentlər səviyyəsində müntəzəm görüşlər keçirilir ki, bu da bizim münasibtələrimizin xarakterini əks etdirir. Bu kimi görüşlər ölkələrimiz arasında yaxınlaşmaya daha da kömək edir. Bu gün biz hazırda və gələcəkdə münasibətlərimizin xarekterini və müəyyən dərəcədə regional prosesləri qabaqcadan müəyyənləşdirəcək bir qərar vermişik", - deyə Azərbaycanın dövlət başçısı bildirib.

Prezidentin sözlərinə əsasən, qlobal maliyə böhranının səbəb olduğu əmtəə mübadiləsində kiçik azalmaya baxmayaraq, iqtisadiyyat planında da müxtəlif layihələr uğurla həyata keçirilir.

İlham Əliyev müvəqqəti vəziyyətin tezliklə, xüsusilə bu gün imzalanan sənədlər nəzərə alınmaqla aradan qaldırılacağına, növbəti ildə iki ölkə arasında əmtəə mübadiləsində artımın müşahidə ediləcəyinə əmin olduğunu bildirib.

Azərbaycan Prezidenti Azərbaycan və Rusiya arasında sərhədlərin delimitasiyası məsələsinə də toxunub.

"Biz ölkələrimiz arasında sərhədlərin delimitasiyası məsələsində mühim addım atmışıq", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti