İran və ABŞ-ın gənc basketbolçuları 19-yaşlılar arasında dünya çempionatı çərçivəsində görüşəcəklər. Bu barədə MEHR xəbər agentiliyi məlumat yayıb.
Turnir iyulun 2-də Yeni Zelandiyanın Okland şəhərində start götürəcək və 16 komandanın iştirakı ilə keçiriləcək. İran və ABŞ komandaları B qrupu çərçivəsində görüşəcəklər. Turnir iyulun 12-də başa çataçacaq.
Trend -un arrayışı: Bundan əvvəl ABŞ Futbol Federasiyası İran Futbol Federasiyasına dəvət göndərərək iki ölkənin milli komandalarının dostluq görüşünün Tehranda keçirilməsini istəyib. Mayın əvvəllərində Amerika Futbol Federasiyası İran Milli Futbol Yığmasını ABŞ-a dəvət etmişdi. ABŞ və İran arasında diplomatik münasibətlər 1980-ci ildə ABŞ-ın Tehrandakı səfirliyinə hücumdan sonra pozulub. Hadisədən sonra səfirliyin 52 əməkdaşı 444 gün girovda saxlanılıb. Buna cavab olaraq ABŞ Prezidenti Cimmi Karter ölkənin milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatına təhlükə ilə bağlı fövqəladə vəziyyət elan edən 12170 nömrəli fərmana qol çəkib. Birləşmiş Ştatların yeni Obama administrasiyası Tehranla danışıqların mümkünlüyü barədə açıqlama verib.