...

Azərbaycan Prezidenti Ilham Əliyev Fransanin MDB ölkələrində akkreditə olunan səfirlərini qəbul etmişdir

Siyasət Materials 2 İyul 2009 02:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyul / Trend /

Çərşənbə günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasının MDB ölkələrində akkreditə olunan səfirlərini qəbul etmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident İlham Əliyev qonaqlara müraciətdə Azərbaycan və Fransa arasındakı bir çox sahələri əhatə edən ikitərəfli əlaqələri uğurla inkişaf etdiyini qeyd etdi. Bundan başqa Prezident Azərbaycanın son illər ərzində iqtisadiyyat sahəsində nailiyyətlərdən və xarici investisiyalardan söz açdı. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına toxunaraq Fransanın rolunu qeyd etdi.

Fransa Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə idarəsinin direktor müavini Erik Mille qəbula görə dərin təşəkkürünü bildirdi.

Xəbər lenti

Xəbər lenti