...

Azərbaycan polisi 5 kiloqramdan artıq narkotika satan şəxsi saxlayıb

Siyasət Materials 3 İyul 2009 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan polisi 5 kiloqramdan artıq narkotika satan şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Gəncə Şəhər Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Gəncə şəhər sakini İlham Verdiyev 5 kiloqram 100 qram marixuananı satarkən tutulub.

Bakının Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşları isə Zərdab rayon sakini Mahir Muradovdan 2 kiloqram 759 qram marixuana götürüb.

Trend -un arayışı: Ötən il ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 2723 fakt qeydə alınıb. Bu isə 2007-ci ildəki göstəricidən 359 fakt çoxdur. Həmin faktlardan 1044-ü satış, 1566-sı saxlama, 97-si əkinlə bağlıdır.

Ötən il 54 xarici vətəndaşdan 116 kiloqramdan artıq narkotika aşkar edilərək götürülüb. Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılan əcnəbilərdən 24-ü İran, 17-si Gürcüstan, 12-si Rusiya, 1-i Ukrayna vətəndaşı olub.

Xəbər lenti

Xəbər lenti