...

Azərbaycanın müxalifət partiyası Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket keçirməyə hazırlaşır

Siyasət Materials 15 İyul 2009 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul / Trend , A.Hüseynbala /

Azərbaycanın müxalifət partiyası Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket keçirmək niyyətindədir.

"Etiraz aksiyasının keçirilməsinə səbəb Bakı Şəhər İcra Hakimiyyətinin süründürməçiliyi, vətəndaşlara qarşı edilən haqsızlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələridir", - çərşənbə günü Trend -a Müasir Müsavat Partiyasının mətbuat xidmətindən bildirilib.

Trend -un arayışı: Hаfiz Hаcıyеv 1992-93-cü illərdə "Аzərbаlıq" Dövlət Коnsеrninin sədri оlub. 2000-ci ildə Мüаsir Мüsаvаt Pаrtiyаsını təsis еdib, pаrtiyа 2002-ci ildə dövlət qеydiyyаtındаn kеçib.

Мüаsir Мüsаvаt Pаrtiyаsı özünü iqtidаrа qаrşı kоnstruktiv müxаlifət hеsаb еdir.

Məlumatda qeyd edilir ki, piket iyulun 22-nə təyin olunub və bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə bu gün məktubla müraciət ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti